SSS
Tez-tez Verilən Suallar
NeoPos haqqında ən çox soruşulan suallara cavab tapdınız. Cavabını tapa bilmədiyiniz sual varsa — bizimlə əlaqə saxlayın.
NeoPos internet olmadan işləyirmi?expand_more
Bəli. NeoPos internet olmadan tam işləyir. Sifariş qəbul edə, ödəniş ala, çek çap edə bilərsiniz. İnternet geri gəldikdə bütün məlumatlar avtomatik olaraq idarəetmə panelinizə göndərilir. Heç bir məlumat itmir.
Quraşdırma neçəyədir?expand_more
Quraşdırma tamamilə pulsuzdur. Mütəxəssisimiz sizin yerinizdə sistemi qurur, menyunu daxil edir və işçilərinizə qısa təlim keçir.
Neçə filialı idarə edə bilərəm?expand_more
Limitsiz. Tək bir idarəetmə paneliylə istənilən sayda filialı real vaxt rejimində izləyə bilərsiniz — satışlar, anbar, işçi performansı hər filial üzrə ayrı-ayrılıqda görünür.
Hansı cihazlarda işləyir?expand_more
NeoPos Windows kompüter, Android planşet/telefon və iPad (brauzer üzərindən) ilə işləyir. Ofisiant tətbiqi ayrıca Android telefon/planşetdə işləyir. Kassa aparatı, barkod oxuyucu, çek printeri ilə uyğunluğu var.
QR menyu nədir, necə işləyir?expand_more
Müştəri masadakı QR kodu telefonu ilə skan edir, menyunu görür və birbaşa sifariş verir. Sifariş avtomatik olaraq kassada görünür. Xüsusi proqram lazım deyil — adi brauzerlə açılır.
İşçilərin icazələrini necə idarə edirəm?expand_more
Hər işçiyə fərdi rol təyin edirsiniz: ofisiant, kassa operatoru, menecer, sahibkar. Hər rol üçün ayrıca icazələr var — məsələn, ofisiant endirim edə bilməz, menecer hesabatlara baxar amma ayarları dəyişə bilməz.
Anbar (inventar) idarəetməsi varmı?expand_more
Bəli. Hər satışdan sonra anbar avtomatik azalır. Kritik hədd bildirişi göndərilir. Çox anbarlı strukturlar üçün isə əlavə modul mövcuddur.
Bir problemim olsa nə edim?expand_more
7/24 canlı texniki dəstək xəttimiz var. Zəng, WhatsApp və ya e-poçt vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Əksər problemlər uzaqdan birkaç dəqiqə ərzində həll olunur.
Məlumatlarım nə qədər təhlükəsizdir?expand_more
Bütün məlumatlar şifrələnmiş formada saxlanılır. Yerli cihazda da, bulud idarəetmə sisteminizdə də ayrıca yedək saxlanılır. Yalnız sizin daxil olduğunuz hesab məlumatlarınıza çıxış var.
Sadiqlik (loyallıq) proqramı nədir?expand_more
Müştərilərinizə hər alış üçün bonus xallar verirsiniz. Yığılmış xalları sonrakı alışlarda endirimdə istifadə edirlər. Mağaza krediti sistemi də var — pul doldurulsun, sonra xərclənsin.
Mətbəx ekranı (KDS) nədir?expand_more
Kağız qəbz çap etmək yerinə sifarişlər birbaşa mətbəxdə yerləşdirilmiş ekrana gedir. Aşpaz sifarişi hazır edəndə ekranı qeyd edir, ofisianta avtomatik bildiriş göndərilir.
Sistemin qiyməti nədir?expand_more
Tariflər filial sayına və aktivləşdirilən modullara görə dəyişir. Quraşdırma pulsuzdur. Dəqiq qiymət üçün bizimlə əlaqə saxlayın — sizin üçün ən uyğun planı hazırlayaq.
Hələ də sualınız var?
Mütəxəssisimiz sizə uyğun planı izah edəcək. Zəng edin, yazın — cavab verməyə hazırıq.
arrow_forwardBizimlə Əlaqə